“On əlamət olmadan qiyamət qopmayacaq; … Biri Şərqdə, biri Qərbdə, bir başqası isə Ərəb Yarımadasında meydana gələn yerə batma hadisəsi…” (Müslim, Fiten, 39)
ABŞ-ın Meksika Körfəzində yaranan Katrina Qasırğasının meydana gətirdiyi böyük dağıntılar hədisdə xəbər verilən bir başqa qiyamət əlamətini, “Qərbdəki Yerə Batmanı” xatırladır.
Peyğəmbərimizin Axırzamanda meydana gələcəyini bildirdiyi bu “yerə batmanın”, tarixdəki oxşar hadisələrdən fərqi, onun daha böyük, daha təsirli olmasıdır. Katrina Qasırğası keçmişdəki oxşarlarından daha çox ziyan vurmuşdur.
– NYU ORLEANS ŞƏHƏRİNİN YERƏ BATMASI (2005)
“İnsanlara ölüm çatanda və evlər məzar olduğunda halın necə olar.” (Ölüm-Kıyamet-Ahiret ve Ahir zaman Alametleri, səh. 392, no. 726)
Katrina Qasırğası bir çox şəhərə böyük ziyan vurmaqla yanaşı, Nyu Orleansı yaşana bilməyəcək hala gətirmişdir. ABŞ-ın turizm və mədəniyyət mərkəzlərindən biri olaraq qəbul edilən Nyu Orleansın 80 faizi su altında qaldı. Bəzi yerlərdə suyun yüksəkliyi 6 metrə çatdı. Bu səbəbdən Nyu Orleans suların altına qalaraq, sanki yoxa çıxdı. Peyğəmbərimizin xəbər verdiyi “Şərqdəki yerə batma” əlaməti İndoneziyada yaşanan tsunami fəlakətinə bir işarə ola biləcəyi kimi, “Qərbdəki yerə batma” hadisəsi də Nyu Orleans şəhərinin yoxa çıxmasına bir işarə ola bilər.
– BÖYÜK VƏ HEYRƏTLƏNDİRİCİ HADİSƏLƏRİN OLMASI
“Onun zamanında böyük hadisələr baş verəcək.” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)
“Onun zamanında çoxlu heyrətləndirici hallar zühur edəcək.” (Mektubatı Rabbani, 2/258)
“Onun zühur etməsi və çıxış əlamətləri Rəsulullahın irhasatına (peyğəmbərliyinə dəlil olan əlamətlərə) bənzər.” (Mektubatı Rabbani, 2/258)
Hz. Məhəmməd anadan olmamışdan əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmiş, doğulduğu gecə yeni ulduz doğulmuş, atəşpərəst olan İran Padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1.000 ildir yanan Atəşpərəst alovu sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu…
Rəvayətlərdə işarə edildiyi kimi, hz. Mehdinin ortaya çıxması da, Peyğəmbərimizin doğulmasına bənzəyəcək. Onun çıxışı zamanı böyük və möcüzəvi hadisələr olacaq.
1979: 2500 illik İran şahlığı dağıldı və İran Şahı Rıza Pəhləvi öldü.
1980: 1980-ci ilin əvvəllərində ilk AIDS virusu ortaya çıxdı. İndiyə qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin vəbası” adı verildi. AIDS 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi sərbəstliyi gətirmiş “Seks inqilabı”nı sona çatdırdı.
1985: Şimali Kolumbiyadakı Nevada Del Ruiz vulkanı 400 ildə ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq Armero şəhərini xəritədən sildi. 20.000 insan həlak oldu.
1989: Soyuq Müharibənin simvolu olan Berlin Divarı tikilməsindən 28 il sonra söküldü.
1990: Sovet İttifaqı dağıldı və müstəqil dövlətlər yarandı.
1991: İraqın Küveyti işğal etməsindən sonra illər boyu davam edən Körfəz Müharibəsi başladı.
1993: Avropanın mərkəzində olan Bosniya və Hersoqovinadakı qırğında yüz minlərlə müsəlman öldürüldü və yurdlarından çıxarıldı.
2003: 60.000 ildə bir meydana gələn hadisə baş verdi. Mars planeti Yer Kürəsinə ən yaxın məsafəyə gəldi.

