“Tozlu dumalı, qaranlıq bir fitnə görünəcək, bunu digərləri izləyəcək…” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Bu hədisdə hz. Mehdinin çıxışından əvvəl tozlu və dumanlı, qaranlıq bir fitnənin olacağından bəhs edilir. Fitnə sözünün “insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən azdıracaq şey, müharibə, qarışıqlıq, ixtilaf” kimi mənaları var. Hədisdə bu fitnədən sonra toz və duman olacağı göstərilir. Həmçinin bu fitnənin “qaranlıq” olaraq xarakterizə edilməsi, haradan gəldiyi bilinməyən, gözlənilməz bir hadisə olduğuna işarə edilir. Bir tərəfdən baxdıqda hədisin, 11 sentyabr 2001-ci il tarixdə ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə edir. Mediada qeyd edildiyi kimi, bu iki böyük terror hadisəsindən sonra böyük bir toz buludu və duman ətrafı bürümüşdü. Partlayışlar nəticəsində çökən binalar isə daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanların üzəri tamamilə bu tozla örtülmüşdür. Bu hadisə hədisdə xəbər verilən və hz. Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən “tozlu duman, qaranlıq fitnə” ola bilər.
– BAĞDADIN ALOVLAR İÇİNDƏ YOX OLMASI ( 2003)
“Axırzamanda Bağdad alovlar içində yox olar…” (Risalet-ül Huruc-ül Hz. Mehdi, 3-cü cild, səh. 177)
2003-cü il İraq müharibəsində, müharibənin ilk günündən etibarən Bağdad ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi alovlar nəticəsində yanmasına səbəb olmuşdur. Bağdadın xəbərlərdə əks olunan görüntüləri, yuxarıdakı hədisdə diqqət çəkilən “alovlar içində yox olar” izahı ilə tam uyğundur. Bu da axırzamanda olan açıq əlamətlərdən biridir.
– İRAQ XALQI ÜÇ QRUPA BÖLÜNƏR (2003)
“İraq xalqı üç qrupa bölünər. Bir hissəsi soyğunçulara qatılar. Bir hissəsi ailələrini buraxıb qaçar. Bir hissəsi döyüşər və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın.” (Fera İdu Fevaidil Fikr Fil İmam El-Mehdi El-Muntazar)
Axırzaman əlamətlərindən biri də İraq xalqının üç yerə bölünməsidir. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qoşulacaq. Müharibədən sonra İraqda böyük yağmalama hadisələri olmuşdur. Həqiqətən də xalqın bir qismi oğurluq, qəsb, yağmalama kimi soyğunçuluq edən qruplara qoşulmuşdur.
Hədisdə xalqın bir hissəsinin isə olduqları yerdən qaçmağa cəhd edəcəkləri, hətta ailələrini belə yada salmayacaqları xəbər verilmişdir. Ölkədən qaçmağa məcbur qalan miqranlatlara işarədir.
Hədisdə xalqın bir hissəsinin isə müharibədə iştirak edəcəyini və öldürüləcəyi bildirilmişdir. İraq müharibəsində də, bir çox insan müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda iştirak etmiş və həyatını itirmişdir.
Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, “İraqın üç yerə ayrılması” məsələsi fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra da İraq coğrafi olaraq üç hissəyə ayrılmışdır. 32 və 36-cı paralelin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq bilinən bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi məqamlardan biri ola bilər.
– İRAQ VƏ ŞAMA EMBARQO QOYULMASI (2003)
“Əbu Nadre dedi ki; Cabirin yanında idik, belə dedi: “Elə bir zaman yaxınlaşır ki, İraq əhalisində bir kafiz (ölçək), bir dirhəm (ağırlıq ölçüsü) sövq olmayacaq”. Dedik ki: “Bu kimdən ötrü olar.” Dedi ki: “Acemlər (ərəb olmayanlar) bunu məhrum edərlər.” Sonra dedi: “Şam əhalisində bir dayanar, bir müdy (gilə, bir ölçü vahididir) sövq olmayacaq”. “Bu kimdən ötrü olar” dedik. “Rumlardan ötəri” dedi.” (Et-Tac, Ali Nâsıf el-Hüseyni)
İraq və Şama embarqo qoyulması Axırzamanda baş verən hadisələrdən yəni, hz. Mehdinin çıxış əlamətlərindən biridir. Hədisdə xəbər verildiyi kimi, İraqa uzun illərdir embarqo qoyulub. Bununla yanaşı, Suriyaya da embarqo qoyulması ehtimalı tez-tez gündəmə gəlir.
– İRAQ XALQI ŞAMA VƏ ŞİMALA QAÇAR (2003)
“Günahsız və təmiz İraq xalqı Şama qaçar.” (Risalet-ül Huruc-ül Hz. Mehdi, səh. 210)
2003-cü ildə İraq müharibəsi başlamamışdan əvvəl on minlərlə iraqlının Suriya başda olmaqla müxtəlif ölkələrə köçmələri bu hədisdəki hadisələrlə uyğun gəlir. Bu mövzu ilə əlaqədar müxtəlif xəbərlərə mediada yer verilmişdir.
– İRAQLILARIN PULU QALMAYACAQ (2003)
“İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri pul olmayacaq.” (Kenzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, cild 5, səh. 45)
Axırzaman və dolayısilə hz. Mehdinin çıxış əlamətlərindən biri də, iraqlıların pulunun dəyərinin itməsidir. Bu hədis iki ayrı hissələrə işarə edə bilər.
Bunlardan birincisi, İran-İraq və Körfəz müharibəsindən sonra İraqda meydana gələn iqtisadi böhran ola bilər. Müharibədən böyük ziyan çəkən İraq iqtisadiyyatı, müharibədən sonra da davam edən embarqolara görə dirçələ bilməmişdir.
– ORDUNUN İTMƏSİ (2003)
“Hz. Mehdinin beş əlaməti olacaq. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (çağırış, nərə), Bəydədə bir ordunun batışı və “Hz. Mehdinin beş əlaməti olar. Bunlar Süfyani, Yeməni, səmadan bir sayha (çağırış, nərə), Bəydədə bir ordunun batışı və günahsız insanların öldürülməsidir”. (Naim Min Hammad)
“…Üzərlərinə bir ordu göndəriləcək. Bunlar səhrada olarkən yerə batırılacaqlar.” (Müslimden; Geleceğin Tarihi 4, səh.31)
“Bir ordu döyüş üçün gəlir, səhraya daxil olduqlarında əvvəldə və sonda olanlar batar, ortadakılar da xilas olmaz.” (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davuddan; Geleceğin Tarihi 4, səh.30)
2003-cü ildə baş verən İraq Müharibəsi əsnasında İraq ordusunun böyük bir hissəsinin birdən-birə yoxa çıxması müharibənin ən diqqəti cəlb edən hadisələrindən biri olmuşdur. Bir çox qəzet və televiziyada, “Respublika Mühafizəkarları” kimi tanınan təxminən 60.000 nəfərdən ibarət ordunun və “fədailər” kimi tanınan təxminən 15.000 iraqlı əsgərin itməsi xəbəri verilmişdir. Hədislərdə göstərilən hz. İsanın və hz. Mehdinin çıxış əlamətlərinidən biri olan “bir ordunun batması” hadisəsinin reallaşmış olmasıdır. Həmçinin son günlərdə hərbi təyyarələrinin bir qisminin səhra qumları altından tapılması, hədisdə bəhs edilən səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə bağlı olması ehtimalını bir daha təsdiq edir.
– İRAQIN YENİDƏN QURULMASI (2003)
“…İraqa hücum olmasa qiyamət qopmayacaq. Və İraqdakı günahsız insanlar Şama doğru sığınma yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular.” (Kenzul Ummal, Kitab-ul kiyame qisim-ul efal, cild 5, səh. 254)
Hədisdə İraqın yenidən tikiləcəyinə diqqət çəkilmişdir. Əvvəl İran-İraq Müharibəsi, daha sonra Körfəz Müharibəsi, son olaraq da 2003-cü ildə İraq Müharibəsindən sonra İraqda bir çox şəhər yerlə yeksan olmuşdur. Bu müharibələrdən sonra xarabaya çevrilən İraqın yenidən tikilməsi məcburiyyəti yaranmışdır. Buna kütləvi informasiya vasitələrində geniş yer verilmişdir.
– ŞAM, İRAQ VƏ ƏRƏBİSTANDA QARIŞIQLIĞIN MEYDANA GƏLMƏSİ (2003)
Rəsulullah belə buyurmuşdur: “…Elə bəla və müsibətlər olacaq ki, heç kim sığına biləcəyi bir yer tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdə rədd etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq.” (Kenzul Ummal, Kitab-ul kiyame qisim-ul efal, cild 5, səh. 38-39)
– ŞƏRQDƏ TSUNAMİ (2004)
“On əlamət görülmədən qiyamət qopmayacaq; … Biri Şərqdə, biri Qərbdə, bir başqası da ərəb yarımadasında meydana gələcək yerə batma hadisəsi…” (Müslim, Fiten, 39)
Peyğəmbərimizin xəbər verdiyi qiyamət əlamətlərindən bir də, “şərqdə meydana gələn yerə batma” hadisəsidir.
Bu əlamət, böyük quru parçasının ya da insanların məhv olması, yer üzündən silinməsi ola bilər. 2004-cü ilin son ayında Cənubi Asiyada reallaşan böyük tsunami fəlakəti bu əlamətlə çox bənzəyir. Bu səbəbdən Peyğəmbərimizin xəbər verdiyi “Şərqdəki yerə batma” əlaməti bu böyük tsunami fəlakətinə işarə edir (doğrusunu Allah bilir).
Tarix boyunca Asiyada, Uzaq Şərqdə müxtəlif fəlakətlər, zəlzələlər və qasırğalar olmuşdur. Bu fəlakətlərdə çox böyük uçqunlar olmuş, çox sayda insan həyatını itirmişdir. Ancaq 26 dekabr 2004-cü ildə Cənub Asiyada baş verən və 400 minə yaxın insanın ölümü ilə nəticələnən tsunami bu fəlakətlərin ən böyüyü olmuşdur. Bu böyük fəlakət əsnasında, yerin altındakı böyük lövhələrin hərəkəti nəticəsində yaranan 1.000 kvadrat kilometrlik qırılmalar və qitələrin yer dəyişdirməsinin yaratdığı böyük enerji, okeanlarda meydana gələn çox böyük enerji ilə birləşib, Cənubi Asiya ölkələrindən İndoneziya, Şri-Lanka, Hindistan, Malaziya, Tailand, Banqladeş, Myanma, Maldiv Adaları və Seyşel Adalarını, hətta 5 min km uzaqlıqdakı Afrika ölkəsi olan Somali sahillərinə də çatmışdır.
Bu tsunami fəlakəti çox geniş sahəyə təsir etmiş, şəhərlərin dəniz sularının altında qalıb yox olmasına, dünya xəritəsinin dəyişməsinə səbəb olmuşdur. Buna görə də “şərqdəki yerə batma” ifadəsi ilə Cənub Asiyada reallaşmış bu fəlakətə işarə edə bilər.

