1979-2006-cı illərdə baş verən Axırzaman əlamətləri-1

Peyğəmbərimiz hz (2)

Peyğəmbərimiz hz. Məhəmməd qiyamətdən əvvəl baş verəcək Axırzaman əlamətlərini 1400 il bundan əvvəl hədislərdə ətraflı olaraq təsvir etmişdir. Bəziləri Axırzaman əlamətlərini qiyamət əlamətləri olaraq da qeyd edər amma həqiqətdə bu hadisələrin baş vermə zamanı Axırzamanda olduğuna görə, bunlara Axırzaman əlamətləri demək daha doğrudur. Hədislərə görə müharibələr, hərc-mərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra Allah hz. Mehdi vasitəsilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

Peyğəmbərimizin hədislərində qeyd edilən bu məlumatların həqiqi (səhih) olmasını bizə göstərən ən əhəmiyyətli dəlil, bu hadisələrin tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir.

– ƏFQANISTANIN RUSİYA TƏRƏFİNDƏN İŞĞALI (1979)

“Talikana (Əfqanıstana) heyf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə tanıyan insanlar vardır. Onlar Axırzaman hz. Mehdisinin köməkçiləridir.” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 59)

Hədisdə Əfqanıstanın Axırzamanda işğal ediləcəyinə işarə vardır. Həqiqətən də rusların Əfqanıstanı işğalı 1979-cu il – hicri 1400-cü ilə, digər bir ifadə ilə isə hicri 14-cü əsrin başlanğıcına təsadüf edir. Həmçinin bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə diqqət çəkilmişdir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə çıxarılmayan böyük neft yataqları, dəmir və kömür mədənləri aşkar edilmişdir.

– DÖRDÜNCÜ SÜLH (ƏRƏB-İSRAİL SÜLHÜ) (1979)

“Sizinlə insanlar (bir nüsxədə Rumlar deyilir) arasında dörd sülh olacaq. Dördüncü sülh, Herakl əhlindən bir adam vasitəsi ilə olacaq və bu yeddi il davam edəcək…” (Qiyamət Əlamətləri, Osman Çataklı, 299/8)

Hədisdə hz. İsa ilə birlikdə hz. Mehdinin çıxış əlamətlərindən biri xəbər verilmişdir. Bu əlamətə görə müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında 4 dəfə sülh razılaşması imzalanacaq, bu razılaşma 7 il davam edəcək. İslam aləmindən bir çoxlarının qənaəti, hədisdə keçən “4-cü Sülh”ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Camp Daviddə imzalanmış razılaşmadır.

– KƏBƏDƏ QAN AXIDILMASI (1979)

“Onun çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabe Cemresinin üzərinə axacaq.” (Qiyamət Əlamətləri, səh. 168-169)

“İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar.” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il AxırZaman, səh. 35)

Hədislərdə “onun çıxacağı il” cümləsi istifadə edilərək, hz. Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilmişdir. 1979-cu ildə Həcc əsnasında baş verən Kəbə basqınında eyni ilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və hz. Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün düz əvvəlində yəni, hicri 1400-cü ilin ilk günündə, 1 məhərrəm 1400 cü-il (21 noyabr 1979) tarixində meydana gəlmişdir.

İRAN-İRAQ MÜHARİBƏSİ (1980)

“Şəvval ayında qiyam, Zilqədədə müharibə danışıqları, Zilhiccədə isə müharibə baş verəcək.” (Qiyamət Əlamətləri, Bərzənci, səh. 166)

Hədisdə göstərilən Şəvval, Zilqədə və Zilhiccə ayları İran-İraq müharibəsinin pik mərhələləri ilə eyni tarixə uyğun gəlir. İran Şahına qarşı olan ilk qiyam, bilindiyi kimi, hədisdə göstərilən 5 şəvval 1398-cı ildə (8 sentyabr 1976) olmuşdur. Hicri 1400-cü ilin Zilhiccə (1980 Oktyabr) ayında İran-İraq arasındakı müharibə artıq başlamışdır.

– ZƏLZƏLƏLƏRİN ÇOXALMASI

“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…” (Ramuz-El Ehadis, 476/11)

“Qiyamətdən əvvəl iki böyük hadisə vardır… və sonra da zəlzələli illər.” (Ramuz-El Ehadis, 187/2)

Son bir neçə il ərzində meydana gələn böyük və aramsız zəlzələlər dünya ictimaiyyətin gündəmində ilk sıralarda yer almışdır. Amerikan Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına əsasən, 1999-cu ildə dünyada 20.832 zəlzələ qeyd edilmişdir. Bu zəlzələlərdə təxminən 22.000 insan həyatını itirmişdir. (Əfqanıstan və İndoneziya zəlzələlərində ölən təxminən 500 min insan bu statistikaya daxil edilməmişdir)

Amerika Milli Zəlzələ İnformasiya Mərkəzi tərəfindən aparılan hesablamalara görə;

1556-1975-ci illər arasındakı 400 illik dövrdə meydana gələn zəlzələ sayı: 110 (5.0 baldan yüksək)

1980-cı il ilə 2003-cü il arasındakı 23 illik dövrdə meydana gələn zəlzələ sayı 1.685 olmuşdur. (6.5 baldan yüksək)

Bununla yanaşı 400 ildə qeydiyyatda olan zəlzələrin sayı 110 olsa da, hz. Axırzamana işarə edən 23 illik dövrdə 1.685 zəlzələ qeydə alınmışdır. (US Geological Survey National Earthquake Information Center, “Earthquake Facts and Statistics”, 2000)

– MİSİR MƏLİYİNİN ÖLDÜRÜLMƏSİ (1981)

“Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək…” (El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)

Misirin yaxın tarixi araşdırıldığında hədisdə də qeyd edildiyi kimi, bir “məliyin” öldürüldüyü göstərilmişdir: 1970-ci ildə Misirin hökmdarı olan və 11 il hakimiyyətdə olan Ənvər Sədat.

Ənvər Sədat 1981-ci ildə rəsmi yürüş əsnasında müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

– RAMAZAN AYINDA GÜNƏŞ VƏ AY TUTULMALARI (1981-1982)

“Hz. Mehdi üçün 2 əlamət vardır ki… Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın; ikincisi də, Ramazanın ortasında Günəşin tutulmasıdır.” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)

“Ramazanda iki dəfə tutulma olacaq…” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 49-53)

Hədislərdə diqqəti çəkən ən mühüm məsələ Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay içində “Ay”ın və “Günəş”in iki dəfə tutulmasının baş verməsidir. Bu hadisənin müəyyən dövrə uyğun gəlməsi normal vəziyyətdə reallaşmayacaq bir haldır.

1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günün də isə Günəş tutulmuşdur.

1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan Ayının 14-cü günü Ay, 28-ci günün də isə Günəş tutulmuşdur.

Bundan başqa bu hadisədə “Ay”ın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulmasına diqqət çəkilir.

Bu hadisələrin hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində, dalbadal iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin bu hadisələr ola biləcəyini təsdiqləyir.

– QUYRUQLU ULDUZUN GÖRÜNMƏSİ (1986)

“Hz. Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq.” (Kıyamet Alametleri, səh. 200)

“O gəlmədən əvvəl, şərqdən işıq verən quyruqlu bir ulduz görünəcək.” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

“O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq.” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Hədislərdə göstərildiyi kimi: 1986-cı ildə (hicri 1406-cı ildə) yəni, 14-cü əsrin əvvəllərində “Halley” quyruqlu ulduzu Yer kürəsinin yanından keçmişdir. Bu quyruqlu ulduz parlaq, işıqlı bir ulduzdur. Hərəkət istiqaməti Şərqdən Qərbə doğrudur.

1981 və 1982-ci (1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır. Bu ulduzun doğuşu digər əlamətlər ilə eyni zamanda meydana gəlmiş və Halley kometasının hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.